Şuşada daha bir FESTİVAL keçiriləcək

Hazırda oxunan: Şuşada daha bir FESTİVAL keçiriləcək

23764

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrindən kulinarların dəvət olunması da nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyev Fondu Şuşada daha bir layihəyə start verdi - VİDEO


O, festivalla bağlı Prezident Administrasiyasına müraciət etdiyini və Dövlət Turizm Agentliyində müzakirələr aparıldığını bildirib:

“Ehtimal var ki, tədbir avqust ayında keçirilsin. Şuşa alınmazdan hələ 15 gün öncə festival keçiriləcəyini elan etmişdik. O zaman 19 ölkədən kulinarlar gəlmək istədiklərini bildirmişdilər. İndi dəvətnamə göndərilməsini gözləyirlər”.

Tahir Əmiraslanov əlavə edib ki, hazırda "Qarabağ mətbəxi" adlı kitabın üzərində iş gedir və xarici dillərdə çap edilcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin