Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan mətbuatına açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
O, bildirib ki, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib. Sabiq prezidentin sözlərinə görə, bu 90-cı illərin əvvəllərində olan rekord göstəricilərin təzələnməsidir.
“Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir" - deyə, Köçəryan bildirib.
Bizim.Media