Kolumbiyada 28 apreldən davam edən nümayişlər zamanı ən azı 2 359 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, müvafiq hesabat respublikanın Milli müdafiə nazirliyi tərəfindən təqdim edilib.
"28 aprel - 4 iyun tarixlərində 1 106 mülki şəxs və 1253 polis əməkdaşı yaralanıb", - qurumun "Twitter" səhifəsində yerləşdirilən məlumatında deyilir.
Qeyd olunur ki, bu müddət ərzində 1249 nəfər polis tərəfindən nəzarətə alınıb. Bundan əlavə, hüquq-mühafizə orqanları 40 747 ədəd soyuq, 1 625 ədəd odlu və 691 ədəd pnevmatik silah müsadirə ediblər. (trend)
Bizim.Media

- A-
- A
- A+
Dünya
03:50 / 06.06.2021
Kolumbiyada etiraz aksiyalarında nə qədər insan xəsarət alıb? - STATİSTİKA
Hazırda oxunan: Kolumbiyada etiraz aksiyalarında nə qədər insan xəsarət alıb? - STATİSTİKA
Hazırda oxunan: Kolumbiyada etiraz aksiyalarında nə qədər insan xəsarət alıb? - STATİSTİKA
23701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.