Nigeriyanın Baş prokuroru ölkədə tviterdən istifadə edənləri hədələdi

Hazırda oxunan: Nigeriyanın Baş prokuroru ölkədə tviterdən istifadə edənləri hədələdi

23700

Nigeriyanın Baş prokuroru və ədliyyə naziri Abubakar Malami cümə günü federal hökumət tərəfindən bütün ölkədə tviter sosial şəbəkədən istifadəyə qoyulan qadağanı pozanlara qarşı məhkəmə təqibi barədə sərəncam imzalayıb.

Bizim.Media yerli Vanguard nəşrinə istinadla xəbər verir ki, Baş prokurorluğun rəsmi nümayəndəsi Umar Qvandu federal hökumətin göstərişinə əməl etməyənlərin ciddi məsuliyyət daşıyacaqlarını bildirib. Lakin məhkəmə orqanları təqsirkarların məruz qala biləcəyi konkret cəza tədbirlərini hələlik açıqlamır.

İnformasiya və mədəniyyət naziri Lay Mohammed iyunun 4-də ölkədə tviterin fəaliyyətinin xüsusi göstərişədək dərhal dayandırıldığını elan edib.

O, bu qərarı sözügedən sosial şəbəkədən Nigeriyanın birlik və təhlükəsizliyini təhdid edən qüvvələrin istifadə etməsi ilə əlaqələndirib.

Arise telekanalının məlumatına görə, şənbə günü səhərdən ölkədə tviterə giriş tam bloklanıb.

Nigeriyanın federal hökuməti ilə sosial şəbəkə arasında münasibətlər iyunun 2-də ölkə prezidenti Muhammed Buxarinin separatçıları dövlət binalarına hücuma görə hədələyən məlumatının silinməsindən sonra gərginləşib. Eyni zamanda, tviter dövlət başçısının akkauntunu 12 saatlığa bloklayıb. Həmin gün informasiya və mədəniyyət naziri kompaniyanı ikili standartlarda və separatizmə göz yummaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin