“Bu üç il ərzində vergi sahəsində inqilabi dəyişikliklər etdik”.
Bizim.Media xəbər verir ki, bunu 5 iyun tarixində "Vətəndaş Müqaviləsi" partiyasına maliyyə yardımı toplanışında çıxışı zamanı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“2018-ci ildə hökumətin biznesə təxminən 270 milyard dram borcu var idi. Bu üç ildə bu borcu az qala sıfıra endirdik. Əlavə dəyər vergisi sahəsində elə dəyişikliklər etdik ki, məsələn bir iş adamı mayın 20-də ƏDV-nin geri qaytarılması üçün müraciət edir və 5 gündən sonra o pulu alır. Hazırda belə vəziyyət yaranıb. Bu, ölkə tarixində heç vaxt olmayıb.
Ermənistanı biznes üçün cənnətə çevirəcəyimizə söz verdik və deyə bilərəm ki, bəli, bu gün Ermənistan bu sistem sayəsində biznes üçün cənnət ölkəyə çevrilib.
Ermənistanda Dövlət Gəlir Komitəsi tərəfindən iş adamlarına məcburiyyət tətbiq edilmir”, deyə Paşinyan yekunlaşdırıb.
Paşinyanın bu gülünc açıqlamasının real mənzərəsi ölkənin tamamilə dağılan infrastrukturu və dövlət borcudur. Bunun sadə sübutu Ermənistanın media resurslarının yaydıqları görüntülərdir.
Bizim.Media
- A-
- A
- A+
Region
19:14 / 05.06.2021
Paşinyandan GÜLÜNC AÇIQLAMA: “Ermənistan biznes üçün cənnət ölkədir”
Hazırda oxunan: Paşinyandan GÜLÜNC AÇIQLAMA: “Ermənistan biznes üçün cənnət ölkədir”
Hazırda oxunan: Paşinyandan GÜLÜNC AÇIQLAMA: “Ermənistan biznes üçün cənnət ölkədir”
23673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.