Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın məhkəmədə "Şuşaya görə cavab verməli olduğunu" bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.
"Onik Qasparyan hələ də cavab verəcək, mənə yox, məhkəmədə. Necə oldu ki, Şuşanın müdafiəsinə iki gün gecikdi", deyə Paşinyan qeyd edib.
Paşinyan bu məsul vəzifəni Qasparyana necə həvalə etdiyi ilə bağlı ittihamlara da cavab verib:
“Bunun da bir izahı var. İndi niyə “bu şəxsi” təyin etdiyimi düşünə bilərsiniz. Gedib xarici ölkədən bir general gətirməli deyildim ki! 2018 və 2020-ci illərdə mənə dedilər ki, Baş Qərargah rəisi vəzifəsi üçün iki nəfər var. Bu iki nəfəri təyin etdim, havadan almadım”.
O, bu gün onun haqqında hər zamankındən daha çox yalanın yayıldığından da söz açıb:
“Kədərlənirəm ki, bunu hərbçilər edirlər”.
“Rəqiblərim düşünürlər ki, 9 noyabrdan sonra danışıqdan yayınacağam, müxaliflər məni ittiham edəcək, susacam”, deyə Paşinyan əlavə edib.
"Belə şey yoxdur. Hər şeyi son təfərrüata qədər açıqlamalıyıq. Üstəlik, məndən və hərəkətlərimdən başlayaraq. Və bu insanların səsli ifadələrinə əhəmiyyət verməməlisiniz, çünki onlar öz hərəkətləri üçün məsuliyyəti üzərlərinə götürməkdən qorxurlar. Onlar deyirlər ki, hakimiyyətə gəlsələr, hər şey aşkarlanacaq, əksinə heç nə ortaya çıxmayacaq “. Paşinyan əminliklə bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:43 / 05.06.2021
“Şuşaya görə cavab verəcəksən" - Paşinyan Qasparyana SƏSLƏNDİ
Hazırda oxunan: “Şuşaya görə cavab verəcəksən" - Paşinyan Qasparyana SƏSLƏNDİ
Hazırda oxunan: “Şuşaya görə cavab verəcəksən" - Paşinyan Qasparyana SƏSLƏNDİ
23671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.