Əfqanıstanda növbəti terror: 11 mülki şəxs öldü

Hazırda oxunan: Əfqanıstanda növbəti terror: 11 mülki şəxs öldü

23670

Əfqanıstanda terror aktı nəticəsində 11 mülki şəxs ölüb.

Bizim.Media-ın "TOLO News"a istinadən verdiyi xəbərə görə, ölkənin Badğis əyalətinin Abkamari rayonunda yolun kənarında quraşdırılmış bomba partlayıb.

Faktı rayon administrasiyasının rəhbəri Xudadad Tayib təsdiqləyib.

Onun sözlərinə görə, terror aktı Abkamari rayonunun Çalank kəndində baş verib. O, partlayışa görə "Taliban" qruplaşmasını günahlandırıb. "Taliban" terror aktı ilə bağlı hələ şərh verməyib. 

Yerli rəsmilər bildirir ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin