Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib.
Bizim.Media-nın xəbərinə görə, müraciətdə agentlik fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa çağırır.
«Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.
Hər zaman olduğu kimi bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.
Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırki vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.
Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!».
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 10.11.2020
BNA vətəndaşlara müraciət etdi
Hazırda oxunan: BNA vətəndaşlara müraciət etdi
Hazırda oxunan: BNA vətəndaşlara müraciət etdi
2358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.