Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım etdi

Hazırda oxunan: Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım etdi

23570

Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı səfirliyin Tvitter səhifəsində edilən paylaşımda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

İran səfirliyindən jurnalistlərin həlak olması ilə bağlı başsağlığı


“Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına başsağlığı verir”.

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev mina partlaması nəticəsində dünyalarını dəyişiblər. Daha 4 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin