İstintaq yekunlaşdı: Rövşən Əkbərovu nə gözləyir?

Hazırda oxunan: İstintaq yekunlaşdı: Rövşən Əkbərovu nə gözləyir?

23485

Hazırda Rövşən Əkbərov vəkilləri ilə birgə barəsindəki cinayət işinin materialları ilə tanış olur. Onun əsas ortağı və dostu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov isə hələlik azadlıqdadır.

Hər iki general 44 günlük Vətən müharibəsi dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan sonra Nəcməddin Sadıkovun sorağı Rusiyadan, Rövşən Əkbərovun xəbəri isə Ukraynadan gəlirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Rövşən Əkbərovun qətl işində Yunus Oğuzun və Nazim İbrahimovun şahidlik müəmması  - AÇIQLAMA 


2021-ci ilin martında Rövşən Əkbərov Azərbaycanda istintaqa dəvət olundu, Ukraynada 20 il əvvəl törətdiyi qətl işinə görə barəsində həbs-qətimkan tədbiri seçildi.

Həmin günlərdə Nəcməddin Sadıkov Dubayda istirahətdə idi. Şortiklə, qolunda saat hovuzun kənarında gəzdiyi video ictimailəşmışdi. Belə xəbərlər vardı ki, Nəcməddin Sadıkov bu videonun yayılmasında maraqlı olib. Bu video ilə Nəcməddin Sadıkov toxunulmaz olduğu mesajını çatdırmaq istəyirmiş...

2001-ci ilin bu günlərində Rövşən Əkbərov biznesmen Elçin Əliyevin ürəyinə hərbi bıçaqla zərbə endirməklə onu öldürmüş, daha bir şəxsi vəhşicəsinə döyüb xəsarət yetirmişdi. Qətldə əsas fiqurant olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlamışdı. Halbuki həmin günlərdə Ukrayna prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunurdu. Elçin Əliyevin valdeynləri də Rövşən Əkbərovu qətldə suçlayırdılar.

Rövşən Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırmışdı. Buna baxmayaraq, Rövşən Əkbərov həbs olunudu.

Bu məqam Rövşən Əkbərovun həbsdən azad edilməsinə yol aça bilərmi? Cəlbetmə müddətinin ötməsi əsası ilə Rövşən Əkbərov barəsində çıxarılacaq məhkəmə hökmündən sonra azad edilə bilərmi?

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Elçin Əliyevin qətl işi üzrə Ukrayna prokurorluğunda ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

“Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur.

Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. 221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Hazırda istintaq 120.2.2 və 221.3-cü maddələri üzrə aparılır. 120.2.2 maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmədir.

Yəni heç bir səbəb olmadan qətl törətmək. Bundan başqa, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

Bu ittihamlar təsdiqlənərsə, Rövşən Əkbərova ağır cəza verilə bilər. İstintaqa cəlb etmə müddətinə gəlincə isə 120.2.2 maddəsi üzrə istintaqa cəlb etmə müddətinin təyini məhkəmənin səlahiyyətindədir. İttihama görə, Rövşən Əkbərov Elçin Əliyevi səbəbsiz öldürüb, digər şəxsi isə döyüb, xəsarət yetirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin