İrəvan türk biznesini "cəzalandırır", amma əziyyət çəkən adi ermənilərdir

Hazırda oxunan: İrəvan türk biznesini "cəzalandırır", amma əziyyət çəkən adi ermənilərdir

23477

Ermənistandakı seçkiqabağı qarşıdurma köhnə antitürk fobiyalarını son dərəcə kəskinləşdirib. Sistemli iqtisadi böhranın öhdəsindən gələ bilməyən ölkə 1 yanvar tarixindən etibarən Türk mallarının tədarükünə tətbiq olunan altı aylıq embarqonu sərtləşdirib. Bundan sonra Türkiyə ilə ticarət qadağası adi insanların şəxsi istifadəsi üçün idxal etdiyi mallara da aid olacaq.

Bizim.Media xəbər verir ki, bu fikirlər “caliber.az” saytında yer alıb.

Deməli, son günlər Ermənistanın Dövlət Gəlirləri Komitəsi Gürcüstandan gələn vətəndaşlara türk məhsullarını gətirməmək haqda xəbərdarlıq edib. Lakin bütün bu tədbirlər yalnız erməni əhalisinin vəziyyətini pisləşdirib, bahalaşmaya və gəlirlərinin azalmasına səbəb olub.

On illərdir türklərə qarşı “becərilən” nifrət tez-tez Ermənistanda irrasional formaya keçir. Belə olan halda ölkə səlahiyyətlilərinin elementar biznes hesablamalarını anlamaları şübhə doğurur.

Bu addımlar arasında yanvar ayında türk mallarının idxalına qadağa qoyulması qərarı da yer alır. Aprel ayında Ermənistan İqtisadiyyat Nazirliyi türk mallarına tətbiq olunan embarqo müddətinin uzadılmasının lazım olduğunu və böyük ehtimalla 1 iyuldan sonra qadağanın ən azı altı ay uzadılacağını bildirib. Üstəlik, bu gün nazirlik ölkəyə əvvəlki illərdə, yəni embarqo qüvvəyə minməmişdən əvvəl gətirilən türk məhsullarına da qadağanın tətbiq edilməsinin mümkünlüyünü müzakirə edir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi isə fiziki şəxslərə qarşı ticarət qadağalarının genişləndirildiyini elan edib. Bundan sonra hətta Gürcüstandan gələn adi Ermənistan vətəndaşlarının baqajlarına da gömrük baxışı gücləndiriləcək və hətta məhdud miqdarda gətirilən türk malları da ölkəyə buraxılmayacaq. 

Komitənin sədri Edvard Ovannisyanın sözlərinə görə, Gürcüstanla sərhəd iyundan bəri açıqdır, lakin türk məhsullarının idxalına qoyulan məhdudiyyət qalır və bu, indi şəxsi istifadəsi üçün nəzərdə tutulan şəxslərə də şamil edilir. 

Vətəndaşları türk mallarının qaçaqmalçılığa getməməyə çağıran Ovannisyan vurğulayıb ki, bəzən malların mənşəyini müəyyənləşdirmək mümkün deyil, lakin məhsulun türk mənşəyi olduğu aşkar edilsə, dərhal əllərindən alınacaq.

İrəvan siyasətçiləri düşünürlər ki, Türkiyəyə qarşı ticarət məhdudiyyətləri keçən il 44 günlük müharibədə Azərbaycana göstərilən dəstək sayəsində Ankaraya qarşı bir demarşdır. Erməni embarqosu əslində, iqtisadiyyatının həcmi və illik ixracatı 170 milyard dolları keçən Türkiyə üçün hiss olunan deyil. Ermənistana ildə orta hesabla 250 milyon dollar dəyərində türk malı tədarük olunurdu və bu, ümumi Türkiyə idxalının yalnız 0,14 faizini təşkil edirdi. Əksinə, qüsurlu iqtisadiyyatı olan Ermənistan üçün bu ticarət əlaqələri, yüksək keyfiyyətli və nisbətən ucuz türk mallarının pərakəndə satış seqmentində əhəmiyyətli bir yeri var. Bu, ümumi ticarət dövriyyəsinin təqribən 5-6 faizini təşkil edir.

Deməli, embarqodan əvvəl, Ermənistandakı bütün geyim və ayaqqabıların təxminən 50% -i Türkiyədən tədarük olunub. Bu siyahıda elektrik malları, tikinti materialları və qida idxalı da var.

Ölkələr arasında rəsmi ticarət əlaqələrinin olmamasına baxmayaraq, son vaxtlara qədər erməni idxalçıları Türkiyə ilə qonşu Gürcüstan vasitəsilə fəal şəkildə ticarət əlaqəsi qurublar və bu ticarət əlverişli logistika, sürətli çatdırılma, az miqdarda idxal etmək və hissə-hissə ödəmə qabiliyyəti sayəsində inkişaf edib. 

Bu gün Ermənistanın özü sahibkarlarını bütün bu üstünlüklərdən və əhalini ucuz və keyfiyyətli mallardan məhrum edib. Ermənistanın nəqliyyat izolyasiyası türk istehlak mallarını Cənub-Şərqi Asiya bölgəsindən oxşar məhsullarla əvəz etməyə imkan vermir. Zəngin Avropa və ABŞ-dan malların çatdırılması daha baha başa gəlir. Yalnız İrandan mal tədarükü artıb, ancaq Ermənistanda hesab edirlər ki, bu ölkədən gətirilənlər heç də keyfiyyətli deyil.

Nəticədə erməni ticarətçiləri qonşu Gürcüstandan türk mallarının idxalı üçün boşluqlar axtarırlar. Məsələn, etiket və barkodları dəyişdirirlər, məhsulları yenidən qablaşdırırlar. Üstəlik, embarqo türk markalarına deyil, Türkiyədə istehsal olunan məhsullara tətbiq edilib. Türk markalarının Çində və digər Asiya ölkələrində istehsal olunduğunu nəzərə alsaq, bəzi təchizatçılar eyni markaları digər ölkələrdən idxal etməyə başlayıblar.

Əlbəttə ki, bu vəziyyətdə tədarükün əsas dəyəri artır, biznesdən əldə edilən gəlir və ölkə büdcəsinə vergi ödəmələri azalır.

Ancaq İrəvanda buna heç də əhəmiyyət vermirlər. Onların düşüncəsinə görə, Türkiyəni ciddi şəkildə “cəzalandırıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin