Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bu vəzifə Şaban İmkanıya həvalə edilib.
Bu barədə məlumatı Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Şaban İmkanı bundan əvvəl Caspian Tech QSC-də Baş İcraçı Direktorun müşaviri, ADY-nin Çağrı Nərkəzinin rəhbəri, "Nar"da Brend və Reklam işi üzrə baş mütəxəssis vəzifələrində çalışıb.
Qeyd edək ki, Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.
2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.
Bizim.Media