Sabirabaddakı dəhşətli yanğında ölən ana və iki övladının görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, foto və video Baku TV tərəfindən paylaşılıb. Evin tamamilə yararsız hala düşdüyü görünür.
Xatırladaq ki, hadisə rayonun Zəngənə kəndində baş verib. Fərdi yaşayış evində qeydə alınan yanğın zamanı 1994-cü il təvəllüdlü Şəbnəm Nağıyeva - oğlanları 2009-cu il təvəllüdlü Xəyal Nağıyev və 2010-cu il təvəllüdlü Ceyhun Nağıyev yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media