İranda avtobusun qəzaya uğraması nəticəsində azı 6 tələbə ölüb, 27 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kerman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, qız tələbələri daşıyan mikroavtobus Sirç-Kerman avtomobil yolunda aşıb, 6 nəfər ölüb.
Kermanın təcili yardım şöbəsinin rəhbəri mikroavtobusda 40 nəfərin olduğunu, onlardan 15-inin ağır yaralandığını və vəziyyətlərinin ağır olduğunu bildirib.
Bizim.Media