Baş prokuror Kamran Əliyev BMT-nin xüsusi sessiyasına qatıldı – FOTO

Hazırda oxunan: Baş prokuror Kamran Əliyev BMT-nin xüsusi sessiyasına qatıldı – FOTO

23327

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın açılış nitqi ilə başlamış tədbirdə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yolları, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının daha effektiv tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra, BMT-nin Baş Assambleyasının 17 dekabr 2018-ci il tarixli 73/191 nömrəli qətnaməsi əsasında yaradılmış korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yollarına, həmin Konvensiyasının müddəalarının tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmlərinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək, Tərəf Dövlətlərinin birgə səyləri ilə hazırlanıb və korrupsiyaya qarşı mübarizədə kollektiv tədbirlərə yönəlmiş Siyasi Bəyannamə qəbul edilib.

Həmçinin BMT-nin nümayəndələrinin, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Avstraliya, Norveç Krallığı, Meksika Birləşmiş Ştatları, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya tərəf olan digər ölkələrin dövlət və hökumət başçıları, o cümlədən digər yüksək vəzifəli şəxslər ilə yanaşı, videoformatda çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barəsində geniş məlumat verərək, iştirakçılara bu sahədə effektiv mübarizə siyasətinin tərkib hissəsi kimi həyata keçirilmiş islahatlardan, ölkədə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin və eləcə də hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətindən bəhs edib, o cümlədən qəbul olunmuş Siyasi Bəyannamənin növbəti bir universal sənəd kimi Tərəf Dövlətlərin səylərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin