Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.
Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.
Bizim.Media xəbər verir ki, “globalinfo.”a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:
"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".
Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:14 / 04.02.2025
Aqil Abbas üzr istədi: "Haqlısınız, deməməli idim"
Hazırda oxunan: Aqil Abbas üzr istədi: "Haqlısınız, deməməli idim"
Hazırda oxunan: Aqil Abbas üzr istədi: "Haqlısınız, deməməli idim"
233215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.