Bu gün Ağcabədinin Hindarx qəsəbəsində əsl ailə faciəsi yaşanıb. Azyaşlı uşağın çöldən tapdığı əl qumbarasını evə gətirməsindən sonra partlayış olub. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Həyatını itirənlərdən 3-ü azyaşlıdır. 
 
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağcabədidə PARTLAYIŞ – Çox sayda ölü və yaralı var
Partlayışda baba, oğul və 2 qız, bir oğul nəvəsi ölüb. Baba Əhliman Quliyevin qızı Ülviyyə Məmmədli və 2 oğlu Məhəmməd və Murad Məmmədlilər qış tətili olduğundan Bərdənin İmirli kəndindən qonaq gəliblərmiş.
Partlayışda həyatını itirən Əhliman Quliyevin qardaşı Telman Quliyev hadisənin təfərrüatlarını Bizim.Media ilə bölüşüb. 
Ətraflı videoreportajda: 
Elgün Gəncimsoy, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media
























































































