Ərdoğan Baydenə səsləndi: “Sizin üçün kənd deyilik, Türkiyə Respublikasıyıq”

Hazırda oxunan: Ərdoğan Baydenə səsləndi: “Sizin üçün kənd deyilik, Türkiyə Respublikasıyıq”

23262

Türkiyə ilə ABŞ arasında hələ bu qədər gərginlik olmayıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalının efirində səsləndirib.

O, Ağ Evin başçısı Co Bayden ilə görüşdə ölkələr arasındakı münasibətlərdəki gərginliyin səbəblərini müzakirə etməyi planlaşdırdığını deyib.

"Münasibətlərimizin niyə bu qədər gərginləşdiyini soruşacağam" deyən Ərdoğan əlavə edib ki, nə Donald Tramp, nə də Demokratlar Partiyasından seçilən keçmiş ABŞ prezidentləri dövründə Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə belə bir gərginlik olub.

"Bizə təzyiq göstərməyə çalışanlar dostluğumuzu itirəcək, biz sizin üçün kənd deyilik, Türkiyə Respublikasıyıq", deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ərdoğan ilə Bayden arasındakı görüşün 14 iyun tarixində NATO sammitində keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin