Rusiyalı erməni milyarderdən MÜHARİBƏ ANONSU: “Geri alacağıq”

Hazırda oxunan: Rusiyalı erməni milyarderdən MÜHARİBƏ ANONSU: “Geri alacağıq”

23247

Ermənistan itirilmiş Qarabağ ərazilərini bərpa etmək və qaytarmaq üçün özündə güc tapacaq. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Ermənilər Birliyinin sədri, milyarder Ara Abramyan “Sputnik Ermənistan” nəşrinə açıqlamasında deyib.

O, qeyd edib ki, Türkiyə və Azərbaycan birlikdə daha güclü oldu və Qarabağın bir hissəsini ələ keçirdi, lakin Ermənistan bir gün o əraziləri qaytaracaq.

"Qarabağ Azərbaycanın əlində qalmayacaq. Biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik, beynəlxalq hüququn bütün normalarının pozulması səbəbi ilə Azərbaycanı məsuliyyətə cəlb etməyə nail olacağıq", deyə o vurğulayıb.

Ermənilər Birliyinin sədrinin sözlərinə görə, Azərbaycan xalqı bu gün eyforiya içindədir, ancaq amansız bir zarafatla üzləşəcəklər. O, Ermənistanın yenidən “restart" etməsində mühüm rolu diasporun, eləcə də strateji müttəfiqi olan Rusiyanın oynayacağını deyib.

Qeyd edək ki, erməni iş adamlarının, ekspert və siyasilərinin belə açıqlamaları qarşıdakı seçkiyə və ölkə ictimaiyyəti qarşısında itirilən nüfuzlarının bərpasına yönəlib.

Və unudurlar ki, əhalisi, hərbçilərinin sayı, iqtisadiyyatı Ermənistandan qat-qat çox olan Azərbaycan yerində dayanmayacaq, ordusunu daha da modernləşdirəcək və rəsmi İrəvanın revanşist çağırışlarını yerindəcə boğacaq. Bu haqda Azərbaycan lideri İlham Əliyev dəfələrlə qarşı tərəfə mesaj göndərib. Erməni diasporunun gücünü 44 günlük Vətən müharibəsində gördük, pul verdikləri hərbçiləri qorxularından siçan deşiyi axtarırdılar.

Rəsmi Moskvaya gəlincə isə Azərbaycanın Ermənistanın ərazisində iddiası olmadığını Kremldə yaxşı bilirlər.

Bu baxımdan qoşunlarını Azərbaycana tərəf yönləndirməkləri heç ağlabatan deyil. Həm də qarşılarında NATO-nun ikinci ordusu olan mehmetçikləri görə bilərlər. Belə situasiya ilə hazırda Qərblə, xüsusilə ABŞ-la ciddi narazılıqlar müstəvisində olan Moskva üzləşmək istəməz. Ona görə də Abramyan kimilərinin sərsəm “fikirləri” yalnız gülüş doğurmaqdan başqa heç nəyə yaramır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin