“Bizim qonaq” rubrikamızın bu dəfəki müsahibi foksları, göstərdiyi maraqlı nömrələri ilə böyüdüyümüz, eyni zamanda içimizdəki uşağı hər zaman qoruyub saxlamağa bizə kömək edən məşhur foksçu Elmar İbrahimovdur.
Məşhur illüzionist uşaqların qarşısında çıxış etdiyi zaman özünü daha xoşbəxt hiss etdiyini deyir.
Söhbət əsnasında E.İbrahimov bildirib ki, bəzən insanlar təqdim etdiyi foksları reallıq sayaraq, onu çətin vəziyyətdə də qoyublar.
İllüzionist özünün ən əsas missiyasının insanlara pozitiv enerji bəxş etmək olduğuna inanır. Bu və digər maraqlı faktları öyrənmək istəyirsinizsə, E.İbrahimovla maraqlı söhbətimizi mütləq izləyin.
Sözügedən videomüsahibəni təqdim edirik:
Söhbətləşdi: Vüsalə Balayeva