Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”.
Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:05 / 02.06.2021
Ağcabədidə 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açıldı
Hazırda oxunan: Ağcabədidə 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açıldı
Hazırda oxunan: Ağcabədidə 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açıldı
23224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.