“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda benzinin qiyməti qalxdı - FOTO
Onun sözlərinə görə neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq:
“Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir”.
Alçina Amilqızı, Bizim.Media