Göyçə gölü ətrafında türk kurqanları – Rus alimdən tarixi faktlar - FOTOSÜBUT

Hazırda oxunan: Göyçə gölü ətrafında türk kurqanları – Rus alimdən tarixi faktlar - FOTOSÜBUT

23221

“Novo-Bayazet və Adyaman arasında, ilk dəfə Göyçə sahillərində yüzə qədər saydığım kurqanlar və qəbirlərə rast gəlməyə başladım. Qəbirlərdən Quru-Xaraba adlanan ərazidə 8 qəbir xüsusilə diqqətimi çəkdi. Bu qəbirlər, şaquli şəkildə yerə sancılmış daşlarla döşənib”

Bizim.Media xəbər verir ki, bu sözlər rusiyalı antropoloq, coğrafiyaşünas Aleksey İvanovskiyin “İrəvan quberniyasının Göyçə gölü sahillərində türk kurqanları” (1893-1896) kitabında qeyd olunub.

Göyçə gölünün sahillərindəki tarixi abidələri təsvir edən alim yazır ki, “Daş sıralarla düzülmüş bu qəbirlər diqqətimi çəkdi.

Çünki 1889-cu ildə Monqolustanda, Tarbaqatay yamaclarında və vadilərində eyni məzarları gördüm. Eyni qəbirlər Monqolustanın şimal-qərbində G.I.Potanin, D. Klements - Minusinsk bölgəsində və N.M. Yadrintsev - Altayda, Kok-su çay vadisində və Orxonda tapılmışdı."

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin