Çirkab suları ilə dolan Bakı ÇİMƏRLİKLƏRİ – Yerli icra orqanları tapşırığa niyə əməl etmir?

Hazırda oxunan: Çirkab suları ilə dolan Bakı ÇİMƏRLİKLƏRİ – Yerli icra orqanları tapşırığa niyə əməl etmir?

23208

Bakının bəzi qəsəbələrindəki çimərliklər illərdir ki, kanalizasiya sularına bürünüb. Söhbət konkret olaraq Kürdəxanı, Buzovna, Pirşağı və Hövsan çimərliklərindən gedir. Sosial şəbəkələrdəki şikayətlərə görə qəsəbələrdə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar çirkab suların axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir. “Şambo”lardan çəkilən kanalizasiya suları isə dənizə axıdılır. Mütəmadi olaraq monitorinq apardıqlarını bəyan edən adiyyəti qurumlar problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sisteminin çəkilməsini, yaxud təmizləyici qurğulardan istifadə edilməsini məqbul görürlər. Amma ölkəmizdə bu istiqamətdə işlər getmir.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiyada çimərlik - Yayda necə istirahət edəcəyik? – AÇIQLAMA


Qeyd edək ki, Prezident İlham Əliyevin 2012-ci ildə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tapşırığı olsa da, məsələ həll edilməmiş qalıb. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi təxminən 10 ilə yaxındır ki, yubadılır. Təmizləyici qurğulardan isə sözdə istifadə olunduğu bildirilir. Halbuki xarici ölkələrdə çirkab suları təmizləyici qurğulardan emal olunduqdan sonra dənizə axıdılır. Azərbaycan çimərliklərində isə vəziyyət biabırçıdır.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov, Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov sosial şəbəkədə keçirdikləri canlı yayında Bizim.Media-nın sualını cavablandırıb.

Nazim Mahmudov dənizin çirklənməsi ilə bağlı mütəmadi monitorinq keçirdiklərini qeyd edib:

“Təmizləyici qurğuların quraşdırılması, Abşeron və bəzi bölgələrdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması, eləcə də təmizləyici qurğulardan keçərək Xəzər dənizinə axıdılması işləri görülüb. Sadəcə olaraq bəziləri yekunlaşma, bəziləri isə yarımçıq qalma mərhələsindədir. Yəqin ki, qısa müddətdə bu məsələlər öz həllini tapar”.

Nazim Mahmudov qeyd edib ki, əslində o qurğular çox məbləğ tələb etmir:

“Ola bilər ki, 5-6 sahibkar və ya iaşə obyektinin sahibi yığışıb çirkab suların idarə olunması və təmizlənməsi üçün bir qurğu quraşdıra bilər. Biz bu istiqamətdə maarifləndirici tədbirləri davam etdiririk. Təqdimatlar aparırıq. İnanırıq ki, üzümüzə gələn müddət ərzində müəyyən nəticələr də əldə edəcəyik”.

Monitorinq idarəsinin rəisi onu da əlavə edib ki, çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur:

“Mədə-bağırsaq sistemi xəstəliklərini törədən bakteriyalar insan orqanizminə ağız boşluğu vasitəsilə daxil olur. Bu isə kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin yaranmasına səbəb olur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin