İyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verdiyi məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
İyunun 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:11 / 01.06.2021
Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
23116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.