Qazaxıstanlı futbolçu Dastan Satpaev karyerasını İngiltərədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Çelsi" 16 yaşlı müdafiəçini heyətinə qatır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. "Kayrat"ın üzvü 2 ay London klubunun düşərgəsində baxışda olub. "Çelsi" gənc mərkəz müdafiəçisinin oyununu bəyənib və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Qazaxıstanın U-17 milli komandasının üzvü olan Dastan Satpaev "Kayrat"ın ikinci komandasında çıxış edir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/01/18/1737199519_d6198271b00d9fcd714ffa44e7fb15de.jpg)
- A-
- A
- A+
İdman
15:26 / 18.01.2025
“Çelsi” 16 yaşlı qazax futbolçu transfer edir
Hazırda oxunan: “Çelsi” 16 yaşlı qazax futbolçu transfer edir
Hazırda oxunan: “Çelsi” 16 yaşlı qazax futbolçu transfer edir
230600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.