"Azərbaycan ilə daha da uğurlu əməkdaşlıq edəcəyimizə əminəm" - Monteneqro Prezidenti

Hazırda oxunan: "Azərbaycan ilə daha da uğurlu əməkdaşlıq edəcəyimizə əminəm" - Monteneqro Prezidenti

23053

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb.

Bizim.Media-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – 28 May - Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və dost Azərbaycan xalqının rifahı naminə ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, Monteneqro ilə Azərbaycan arasında dostluq münasibətləri möhkəmlənir, o cümlədən əməkdaşlıq, anlaşma və qarşılıqlı faydalı münasibətlər dərinləşir. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, əməkdaşlıq və qarşılıqlı dəstək də güclü olub.

Ümid edirəm ki, epidemioloji şəraitin sabitləşməsi bizim təmaslarımızı davam etdirmək, eləcə də Monteneqro ilə Azərbaycan arasında dövlətlərarası tərəfdaşlıq əlaqələrinin, həmçinin xalqlarımızın dostluq münasibətlərinin möhkəmləndirilməsinə təkan verəcək yeni görüşlərin təşkilinə əlverişli imkan yaradacaq.

Zati-aliləri, Azərbaycan ilə daha da uğurlu əməkdaşlıq edəcəyimizə əminəm.

Sizə olan ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin