Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 2023-cü ildə istifadəyə veriləcək

Hazırda oxunan: Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 2023-cü ildə istifadəyə veriləcək

23034

Hazırda Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan-Ağbənd dəmir yolunun tikintisi uğurla davam etdirilir. Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında təhvil verərək, azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik.

Bizim.Media xəbər verir ki, bunu layihələrin icrasını həyata keçirən “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib.

N.Yıldırım deyib ki, bu layihələri ən keyfiyyətli və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlanıb:

“Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında yekunlaşdırmaq üçün hər cür hazırlığı görürük. Avtomobil yolunu 2023-cü ilin iyun ayında bitirməyi planlaşdırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin