Ayvazyandan sonra müavini də işdən ayrıldı – XİN-DƏ YARPAQ TÖKÜMÜ DAVAM EDİR

Hazırda oxunan: Ayvazyandan sonra müavini də işdən ayrıldı – XİN-DƏ YARPAQ TÖKÜMÜ DAVAM EDİR

23023

Ermənistan xarici işlər nazirinin müavini Qagik Qalaçyan istefa ərizəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Qalaçyan istefa məktubunu 27 may tarixində yazıb. Məlumdur ki, həmin gün xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan da istefa edəcəyini deyib.

Bu, Paşinyanın Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək planını elan etdikdən sonra baş verib. Bundan sonra Ermənistan mətbuatı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətinin yaxın vaxtlarda baş verəcək kütləvi istefaları barədə məlumat yayıb. Xarici işlər nazirinin 4 müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəis müavini Stepan Qalstyanın istefa məktubu yazdığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin