Azərbaycanda 35 səhmdar cəmiyyətin səhmləri hərraca çıxarılır – TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycanda 35 səhmdar cəmiyyətin səhmləri hərraca çıxarılır – TƏFƏRRÜAT

23004

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 29-da hərrac təşkil ediləcək.

Bizim.Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca 79 dövlət əmlakı çıxarılacaq. Bunlara 35 səhmdar cəmiyyətinin səhmləri, 28 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisəsi və yarımçıq tikili aiddir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 56 dövlət əmlakı hərraca çıxarılır


Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya portaldan (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin