Ermənistanın Azərbaycana qarşı vandallığının, təcavüzünün, vəhşiliyinin sərhədi olmayıb.
Soyqırım, qətllər təkcə Azərbaycan insanlarına qarşı deyil, həm də xalqımızın ən qiymətli dəyəri hesab edilən abidələrimizə qarşı da törədilib.
Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir.İşğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsi bu açı faktın göstəricisidir.
Bizim Media xəbər verir ki, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirib.
XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.
Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür.
Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Ermənilərin işğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar da var.
Bu fikirləri ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib.
Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib:
“Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək, qiymət veriləcək, Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq”.
Beynəlxalq aləm sus da, amma İlahi ədalət gec və ya tez öz yerini tapır. Məscidlərimizdə donuz saxlayan erməni indi özü donuz günüdə yerlərdə sürünür. Paşiniyan və onun əlaltıları isə başqa ölkələrin rəhbərlərinin dabanını yalamaqla məşğuldur.
Ağanisə Sultan, Bizim.Media