“Ağdam, Şuş, işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdışın sürətlənəcəyinə inanıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Xarici blogerlərin Ağdama səfəri başlayıb - FOTO
Onun sözlərinə görə dünənki təqdimatdan aydın oldu ki, Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkindən daha böyük rayona və şəhərə çevriləcək:
“Misal üçün Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək. Ağdamda sənaye parkının bünövrəsi də qoyuldu. Bu çox vacibdir, Ağdama 100 min insan qayıdacaqsa onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsiylə paralel Qarabağa 800 minlə 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq.
Bizim.Media