"TÜRKSOY Azərbaycanla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir"

Hazırda oxunan: "TÜRKSOY Azərbaycanla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir"

22853

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media-nın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
 

MÖVZU İLƏ BAĞLI:

TÜRKSOY bu il mətbuat mükafatını Qarabağdan yazanlara verəcək 


Müdrik və ardıcıl siyasətiniz nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.

Zati-alinizin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan "Xarıbülbül" musiqi festivalı Azərbaycan xalqının mədəni və mənəvi zənginliyini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi.

Festival, həmçinin Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və çoxkonfessiyalı, çoxmillətli bir respublikada həmrəyliyin, rifahın və sabitliyin təsdiqinə çevrildi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini, ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini layiqincə davam etdirəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin