Kölgədə gizlənənlər – Tarixin ən qəddar QATİLLƏRİ - ADLAR

Hazırda oxunan: Kölgədə gizlənənlər – Tarixin ən qəddar QATİLLƏRİ - ADLAR

22825

Alimlər uzun müddətdir ki, seriyalı qatillərin düşüncə tərzlərini araşdırırlar. Onların fikrincə, əgər bu insanların beyinləri tam öyrənilsə, onları dəhşətli əməllərini törətmədən müalicə etmək olar.

Tarixin ilk seriyalı qatili V əsrdə Yəmən Ədənində yaşayan Zu Şanatir hesab olunur. O, nökərləri aldadaraq evinə gətirib və qətlə yetirib.

İlk dəfə seriyalı qatil sözü isə ABŞ-ın ilk seriyalı qatili Henry Holmes ilə bağlı istintaq zamanı icad edilib. Toronto Universiteti məhkəmə mütəxəssisi Saşa Reid bir neçə ildir dünyanın ən böyük seriyalı qatillərinin məlumat bazasını yaratmaq üçün çalışıb. Bazada antik dövrdən günümüzə qədər 6000 seriyalı qatil haqqında məlumat var.

Uğurlu karyerası olan zabit

İlk dəfə Kiprdən olan qatil Nikos Metaxas, hələ məhkəmə salonunda olarkən zehni anormallıqlarını araşdırılmasını istəyib. Onun qurbanlarının siyahısında 5 qadın və 2 uşaq var.

Qatil onları tanışlıq saytlarında tapıb, görüşə dəvət edib. Sonra isə onları öldürüb, meyitlərini tərk edilmiş bir mədəndə gizlədib.

Nikosun qətl etdiyi ilk meyit 2019-cu ildə bir turist tərəfindən tapılıb. Ölən şəxs Filippin vətəndaşı Meri Rose Tiburcio olub. Hadisədən bir neçə il əvvəl o və altı yaşlı qızı ilə itkin elan olunub. Meiy sevgilisi ilə internetdə tanış olub. Metaxas tutulduqdan sonra  daha altı cinayətini etiraf edib. Heç kim 35 yaşlı zabitin seriyalı qatil olduğunu düşünməzdi. 

Siraişidəki dəhşətlər evi

Yaponiyalı manyak Takahiro Şiraişidə qurbanlarını internetdə axtarıb. Cinayətkar 2017-ci ilin avqustundan oktyabr ayına qədər 15 ilə 26 yaş arasındakı səkkiz qadını öldürüb. Digər qurban isə itkin düşənlərdən birini fəal şəkildə axtaran 20 yaşlı gənc olub.

Cinayətkar qurbanların qalıqlarını sahəsi 13 yarım kvadratmetr olan kiçik mənzilində gizlədib. O, meyitlərdən gələn pis qoxunu pişik qumu ilə gizlədib. Manyakın ələ keçirilməsindən sonra Dzama şəhərinin sakinləri yerli rəhbərləri “Siraişidəki dəhşətlər evi”ni sökməyi tələb ediblər.

“Kabus” həkimi

Mütəxəssislərin fikrincə, ilk qətldən sonra manyaklar artıq dayana bilmir. Alman tibb işçisi Niels Hegel 5 il ərzində xəstələrini növbə ilə o dünyaya göndərib. O, 2000-2005-ci illərdə reanimasiya  gətirilən xəstələrin üzərində qorxunc təcrübələrini aparıb.

O, xəstələrə vurulan dərmanların qədərini artıraraq onları ölümə məhkum edib. Onun sözlərinə görə, xəstələri can verərkən görmək ona həzz verib. Məhkəmədə Hegel sıxıldığı üçün öldürdüyünü etiraf edib. Onun əlindən 200 nəfərdən çox insan ölüb.

İkili həyat

Seriyalı qatil Dennis Rader hörmətli bir ailə başçısı dindar və mehriban qonşu idi. Rader ilk qətlini 1974-cü ilin yanvarında törədib. O, Otero ailəsinin evinə girərək əvvəl ana-atanı, daha sonra isə ailənin iki uşağını öldürüb. O, 13 il ərzində daha 5 nəfəri amansızcasına qətlə yetirib.

Qatil hər qətldən sonra polisə və mediaya məktub göndərərək polisin nə qədər aciz olduğunu lağa qoyub. Məktublara əlavə olaraq Rader ictimai yerlərdə əməlləri barədə dəlil qoyub. 

Məhkəmə qatili ömürlük cəzaya məhkum edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin