“Ağdam, Şuşa və işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdış sürətlənəcək”.
Bzim.Media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında bidirib. Politoloq qeyd edib ki, Ağdama qayıdacaq əhali üçün məşğulluq sahələri indidən müəyyənləşməlidir:
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkünlərin neçə faizi Qarabağa qayıtmaq istəyir? - Onlayn sorğu
“Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkindən daha böyük rayona və şəhərə çevriləcək. Burada tramvay fəaliyyət göstərəcək, sənaye parkının bünövrəsi qoyuldu.
Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə paralel Qarabağa 800 min - 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq”.
Xatirə, Bizim.Media