Azərbaycan şahmatçıları Nyu-Yorkda blits üzrə dünya çempionatında çıxışlarını başa vurublar.
Bizim.Media xəbər verir ki, yarış iki mərhələdə keçirilib.
Birinci mərhələdə yarış iştirakçıları 13, qadınlar isə 11 tur oynayaraq pley-offda mübarizəni davam etdirəcək "8-liy"i müəyyənləşdiriblər ki, Azərbaycan şahmatçıları ora düşə bilməyiblər.
Qrossmeysterlərimiz arasında ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 8,5 xal toplayaraq 28-ci yeri tutub. Eltac Səfərli ondan yarım xal az toplamaqla 42-ci, Şəhriyar Məmmədyarov isə 7,5 xalla 51-ci olub.
Qadınlar arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. O, 6,5 xal toplayaraq 27-ci olub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:46 / 31.12.2024
Şahmatçılarımız üçün dünya çempionatı başa çatdı
Hazırda oxunan: Şahmatçılarımız üçün dünya çempionatı başa çatdı
Hazırda oxunan: Şahmatçılarımız üçün dünya çempionatı başa çatdı
227913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.