Vyetnam Səhiyyə Nazirliyi mövcud Britaniya və Hindistan ştammlarına xas olan koronavirusun yeni variantının tapıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı VnExpress nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu il daha çox ölüm ola bilər - ÜST-dən xəbərdarlıq
Vyetnamın Səhiyyə naziri Nguyen Thanh Long deyib ki, bir neçə xəstənin analizlərində indiyədək yayılan iki ümumi koronavirus variantı tapılıb.
Nəşr yazır ki, kovidin Vietnam hibrid növü daha yoluxucudur və hava yolu ilə asanlıqla insanlara ötürülür.
Mənbə bildirir ki, koronavirusun yeni versiyası ölkədə qeydə alınan yeni xəstəlik hallarının sayının sürətlə artmasına səbəb olub.
Bizim.Media