“Abidələr şəhəri” adlandırdığı Şuşaya bu gün günəş yenidən doğdu - FOTOLAR

Hazırda oxunan:  “Abidələr şəhəri” adlandırdığı Şuşaya bu gün günəş yenidən doğdu - FOTOLAR

2278

Prezident İlham Əliyev bu gün Şuşanın işğaldan azad olunması xabərini verərkən "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu" dedi.

"Bəli, bu gün ümumilli liderimiz Heydər Əliyevin ruhu şad oldu. Onun ən böyük arzusu Qarabağın, Şuşanın işğaldan azad edilməsi idi. Bütün çıxışlarında bu istəyi dilə gətirir və bildirirdi ki, “biz tarixi torpaqlarımızı işğaldan azad edəcəyik, hər şeyin öz vaxtı var”.

Bu gün Azərbaycan o vaxtı yaşayır və xilaskarlıq missiyasını oğlu, Ali Baş Komandan İlham Əliyev şərəflə davam etdirir. 

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, 1979-cu il yanvarın 12-də “Ağdam-Xankəndi” dəmiryolu çəkildi və özünün iştirakı ilə istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.



Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi tapşırıq verdi. Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlandı, Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış oldu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi:

“Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”.

Heydər Əliyevin səyləri nəticəsində az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Onun M.P. Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq Dağlıq Qarabağa qayğısının və sevgisinin göstəricisi idi.




Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya Evini açaraq Vaqif poeziya günlərində iştirak etdi. Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.

Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də səsləndirdi.

Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi.

1982-ci ildə də ümummilli liderimiz Qarabağa, çox sevdiyi Şuşaya səfər etmişdi. Azərbaycanın tarix və mədəniyyət beşiyi olan Şuşa şəhərinin qorunması və şəhərdə bir sıra yeni tikililərin inşa edilməsi üçün göstəriş vermişdi.

Eyni zamanda Şuşa əhalisi ilə görüşüb söhbət etmişdi. Həmin səfərdə oğlu İlham Əliyev də onunla birlikdə Şuşaya getmişdi. Bu dəfə isə İlham Əliyev Şuşanın, bütün Qarabağın xilaskarı, sərkərdəsi kimi yenidən o torpaqlara səfər edəcək. 

Ağanisə Sultan, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin