Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Hazırda oxunan: Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

2272

Bizim Media-nın məlumatına görə, Nazirliyinin mətbuat  xidmətindən bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib:

"Cənab Prezidentin elan etdiyi qələbə xəbəri vətəndaşlarımızda bayram ovqatı yaradıb və onlar bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə axışıb. Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir".

Müraciətdə o da bildirilir ki, ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub: "Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək saat 21:00-dan evlərini tərk etməmələrini xahiş edirik", - deyə DİN-in müraciətində qeyd olunub.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin