Xəbər verildiyi kimi Prezident İlham Əliyev bölgələrdə modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda ölkəmizdə 4472 orta məktəbin binası var.
Son 10 il ərzində onların 3 minə qədəri təmir olunub, yenidən tikilib və ya bərpa olunub:
«Amma buna baxmayaraq bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bu cür məktəblər modul tipli məktəblərlə əvəzlənir. Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Digər üstünlük isə qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesisinin dayandırılmamasıı üçün müvəqqəti olaraq, 50 yerlik səyyar məktəbin quraşdırılmasıdır”.
Ekspertin sözlərinə görə ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdusa, modul tipli məktəblərə çox az həcmdə tikinti materialları gedir:
“Modul tipli məktəblər bir çox ölkələrdə, hətta Avropa və Amerikada da istifadə edilir, tətbiq edilir. Əsas vacib məqam da odur ki, məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi nəzərə alınır. Apardığım araşdırmalar nəticəsində gördüm ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu isə təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər daha rahat yerdə tədris keçəcəklər. Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil. Tutum 200-400 şagirddən ibarət olur. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli amma keyffiyyətli, tam tədris resusrları ilə təmin olunmuş məktəblər əvəz edir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:58 / 28.05.2021
Ucqar kəndlərin məktəb problemi BİTİR – 400 nəfərlik daşınan KEYFİYYƏT
Hazırda oxunan: Ucqar kəndlərin məktəb problemi BİTİR – 400 nəfərlik daşınan KEYFİYYƏT
Hazırda oxunan: Ucqar kəndlərin məktəb problemi BİTİR – 400 nəfərlik daşınan KEYFİYYƏT
22710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.