Masallıda 5 nəfər pomidordan zəhərləndi

Hazırda oxunan: Masallıda 5 nəfər pomidordan zəhərləndi

22677

Masallıda 5 nəfər zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam rayonun Şərəfə kəndində baş verib.

Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub. Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.

Demələrinə görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər.

İlkin zəruri tibbi yardımlardan sonra onlar infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müvafiq analizlər götürülüb, vəziyyətləri stabildir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin