Aİ təmsilçisi ilə görüşdü, sonra istefa verdi - Ara Ayvazyan niyə vəzifədən getdi?

Hazırda oxunan: Aİ təmsilçisi ilə görüşdü, sonra istefa verdi - Ara Ayvazyan niyə vəzifədən getdi?

22668

“Emənistanın xarici işlər naziri Ara Ayvazyanın istefası gözlənilən idi. Nikol Paşinyan müharibədən sonra onu zorən nazir təyin etmişdi. Çünki başqası yox idi.”

Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, müharibədə ağır məğlubiyyətdən sonra Paşinyan üçün bu postda çalışmaq istəyən diplomat tapmaq çətin idi:

“Ermənistanın uzaq ölkələrindən birində səfir işləyən Ayvazyan razılaşdı. Ancaq az sonra bəlli oldu ki, o Paşinyanla yol getmir. Misal üçün Nikol Paşinyan müharibədən sonra açıqlamalarında bir qədər diqqətli olmağa çalışarkən Ayvazyan Azərbaycan əleyhinə açıqlamalarda radikal ermənilərdən geri qalmırdı və bununla ümumi vəziyyəti gərginləşdirirdi”. 

Politoloqun fikrincə, Ara Ayvazyan böyük ehtimalla istefaya gedəcəyini özü üçün bir müddət əvvəl müəyyələnlişdirmişdi:

“Görünür o gələcəkdə Paşinyanla birgə xatırlanmaq istəmir. Digər tərəfdən Ayvazyanın Azərbaycandan şikayətlərinin və müxtəlif dövlətlərə yalvarışlarının da nəticəsi olmadı. Ancaq Ayvazyanın bugünkü istefa qərarını verdiyi, yəni yazdığı istefa statusunun zamanı diqqətimi çəkdi. Deməli Ara Ayvazyan axşam saat 8-də Hindistanın Ermənistandakı səfiri ilə görüşdü, yarım saat sonra Avropa İttifaqının İrəvandakı təmsilçisiylə görüşdü, bundan 20 dəqiqə sonra istefa verdiyini bəyan etdi, sanki gün ərzində işlərini yekunlaşdırıb qapını çırptı. Ən maraqlısı bundan sonrasıdır. Ermənistanda parlament seçkisinə cəmi 20-22 gün qalıb. Bu zaman kəsiyində Paşinyana xarici işlər naziri postuna kimi təyin edəcəyi və kimin bu posta razılaşacağı maraqlıdır. Çünki gəmini tərk etmək istəyənlərin sayı artır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin