Qarabağ qaziləri Milli Məclisə müraciət edib – “Azərsığorta” “qan pulu”nu niyə vermir? 

Hazırda oxunan: Qarabağ qaziləri Milli Məclisə müraciət edib – “Azərsığorta” “qan pulu”nu niyə vermir? 

22628

"Qarabağ qaziləri" ictimai birliyi Milli Məclisə müraciət ünvanlayıb. Bu barədə Bizim.Media-ya Birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, müraciətdə birinci Qarabağ müharibəsində yaralanan qazilərə sığorta haqqının ödənilməsinə köməklik edilməsi xahiş edilir. Müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci ildə verdiyi Fərmanına əsasən, şəhid ailələrinə birdəfəlik ödəmələr verilməyə başlanıb və artıq bu proses başa çatmaq üzrədir.

“Qarabağ əlillərinə çatacaq sığorta pulu isə hələ də verilməyib. Bəzi Qarabağ qazilərinə bu vəsaitin Azərsığorta Dövlət Sığorta Şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Amma adı çəkilən şirkət bu vəsaiti hələ də ödəməkdən boyun qaçırır”.

Müraciətdə həmçinin qeyd olunub ki, bu məsələ bütün məhkəmə instansiyalarını keçərək Konstitusiya Məhkəməsinin Plenumuna qədər çıxarılıb: 

“Bizim iştirakımızla Konstitusiya Məhkəməsi Plenumu da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma tövsiyə olunub ki, bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisinə tövsiyə edilsin”. 

Rey Kərimoğlu bildirib ki, qərar veriləndən sonra qazilər dəfələrlə Milli Məclisdə olub, millət vəkilləri ilə görüşüb, problemin həllinə kömək istəyiblər. 

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin