Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədrinə yeni müşavir təyin edilib.
Bizim.Media xəbər verir ki, bu posta Elvin Məmmədov təyin edilib.
Elvin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və istehlak kooperasiyaların iqtisadiyyatı və idarə edilməsi üzrə bakalavr və eyni universitetin MBA proqramı üzrə Maliyyə ixtisası üzrə təhsili alıb.
O, 2019-2022-ci illərdə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə “Cyber point” şirkətində Maliyyə departamentinin rəhbəri və direktor müavini kimi çalışıb.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
Bizim.Media