Polşa XİN Macarıstana NOTA VERDİ - Səfirini isə geri çağırdı

Hazırda oxunan: Polşa XİN Macarıstana NOTA VERDİ - Səfirini isə geri çağırdı

226229

Macarıstanın Varşavadakı səfiri Polşanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa XİN məlumat verilib yayıb.

Bildirilib ki, XİN macar səfirə etiraz notasını çatdırıb. Buna səbəb isə Baş nazir Viktor Orban hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan ədliyyə nazirinin keçmiş müavini Marçin Romanovskiyə siyasi sığınacaq vermək qərarı olub. Belə ki, Polşa XİN bunu qeyri-dostluq aktı hesab edib.

Polşa Xarici İşlər Nazirliyi (XİN) Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Həmçinin səfirin diqqətinə çatdırılıb ki, əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.

Nota ilə yanaşı Polşa XİN Macarıstandakı səfirini də məsləhətləşmələr üçün geri çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin