Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından Azərbaycan xalqına çatdırması və təbriki çox böyük sevgi ilə qarşılanıb.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimizdir. Şuşanın zəfər xəbərinin ardından çox sayda insan Azərbaycan və Türkiyə bayraqları ilə tarixi qələbəmizi qeyd etmək üçün Şəhidlər Xiyabanına üz tutub şəhidlərimizi ziyarət edir, onların ruhuna dualar oxuyur və ehtiramlarını bildirirlər.
Ziyarətçilər arasında gənclərimiz daha çoxdur.
Prezident İlham Əliyevin bildirdiyi kimi, 8 noyabr bizim şanlı qələbəmizin, zəfərimizin günüdür !
Bizim.Media