“6 əsgərimizin gecə əsir götürülməsinin günahı Paşinyandadır” – Erməni politoloq

Hazırda oxunan: “6 əsgərimizin gecə əsir götürülməsinin günahı Paşinyandadır” – Erməni politoloq

22571

“Son 2 həftədəki hadisələrdən xəbərdar olan hər kəsə aydın olur ki, 6 əsgərimizin gecə əsir götürülməsinin səbəblərindən biri Nikol Paşinyanın atəş açmamaq əmridir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni polotoloq Edqar Elbakyan “panorama.am” saytında yazıb.

“5000-dən çox insanın qanı bahasına hakimiyyəti əlində saxlayan bu vəhşi (Nikol Paşinyan nəzərdə tutulur) seçkiqabağı dövrdə "barış mələyinə" çevrilib, indi də Ermənistanı və ordumuzu bu şəkildə məhv edir. Ermənistanın və Qarabağ torpaqlarının azad edilməsi ölkədə qurulan “”xarici hakimiyyət”in devrilməsindən sonra başlayacaq”, deyə o, qeyd edib.

Haşiyə: Rəsmi İrəvanın dırnaqarası politoloqları yenə də Azərbaycana qarşı revanşist açıqlamaları ilə gündəmə gəlmək istəyir.

Unudurlar ki, ordusu gorbagor olan Ermənistan bundan sonra Azərbaycanın bir qarış toprağını belə işğal edə bilməz.

Qarabağın hələ də erməni diversantlarının əlində olan rayonlarımızda isə bayrağımızın dalğalanması günü heç də uzaqda deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin