Muradova Bakıda “Qol çəkmisən, əməl et” deyiblər – “Əks halda Azərbaycan ...”

Hazırda oxunan: Muradova Bakıda “Qol çəkmisən, əməl et” deyiblər – “Əks halda Azərbaycan ...”

22562

Ermənistan seçkilərə qədər üçüncü sənədi imzalamasa, Azərbaycan hərbi güc tətbiq edəcək. 

Bizim.Media xəbər verir ki, bu fikirlər “Qraparak" qəzetində yer alıb.

“Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov mayın 24-də Bakıda işgüzar səfərdə olub və ürəkaçmayan xəbərlərlə geri dönüb.

Səylərinə baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyevi sərhədlərin müəyyənləşdirilməsi tələbindən imtina etməyə və qoşunlarını Qara göl ərazisindən çıxarmağa inandıra bilməyib. Muradova Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla seçkilərdən əvvəl demarkasiya işinin hansısa xəritəyə əsaslanaraq aparılacağını müəyyənləşdirəcək üçüncü bir sənədin imzalanması barədə razılığın olduğu bildirilib. SSRİ xəritəsi isə bizim üçün əlverişsizdir. Paşinyan razı olmasa, hərbi güc tətbiq etməklə seçkilərin keçirilməsinin qarşısını almaqla hədələyirlər. Muradova deyiblər ki, vədini yerinə yetirməlisən”, deyə qəzet qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin