Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/12/13/1734107664_5397895424687333424.jpg)
- A-
- A
- A+
Cəmiyyət
20:30 / 13.12.2024
MMU və NATO nümayəndə heyəti arasında hərbi təhsil MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: MMU və NATO nümayəndə heyəti arasında hərbi təhsil MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: MMU və NATO nümayəndə heyəti arasında hərbi təhsil MÜZAKİRƏ EDİLDİ - FOTO
225156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.