Rusiyada heyvanların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melano bildirib.
''Rusiyanın bir sıra regionlarında baytar klinikaların bazasında ev heyvanlarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Vaksinasiyanı heyvanların sağlamlığının mühafizəsi üzrə Federal Mərkəzin istehsal etdiyi peyvənd preparatının göndərildiyi özəl və dövlət klinikaları həyata keçirir”, deyə Y. Melano vurğulayıb .
Qeyd edək ki, rusiyalı alimlər tərəfindən hazırlanan heyvanların koronavirus əleyhinə vaksin preparatı “Karnivak-Kov” adlanır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:41 / 26.05.2021
Rusiyada ev heyvanlarının COVID-19-a qarşı vaksinasiyasına başlanıldı
Hazırda oxunan: Rusiyada ev heyvanlarının COVID-19-a qarşı vaksinasiyasına başlanıldı
Hazırda oxunan: Rusiyada ev heyvanlarının COVID-19-a qarşı vaksinasiyasına başlanıldı
22508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.